Azərbaycan Bəstəkarlar İttifaqı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkilatın yaranmasının 75 illiyinə həsr olunmuş böyük simfonik orkestr üçün ən yaxşı bayramsayağı konsert pyesinin və ya üverturasının (səslənmə müddəti 7-9 dəq.) yazılması barədə müsabiqə elan edir.
   Müsabiqənin yeganə qalibinin adı 2009-cu il noyabrın 17-də Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunmuş musiqi festivalının Azərbaycan Dövlət Filarmoniyasında keçirilən yekun konsertində elan ediləcək və ilk ifası olacaq. Qalibə 2000 manat həcmində pul mükafatı təqdim ediləcək.
   Müsabiqənin şərtləri barədə açıqlama verən ittifaqın mətbuat katibi İltifat Hacıxanoğlu, 18-35 yaş həddində olan bəstəkarların iştirak edə biləcəyi müsabiqəyə əsərlərin partiturası, bu və ya digər formada lent yazısı (piano və yaxud sintezatorda) deviz altında, bağlı zərfdə təşkilat komitəsinə təqdim edilməli olduğunu bildirdi. Onu da əlavə edək ki, deviz yazılmış kiçik zərfdə isə müəllif özü haqqında qısa məlumat və əlaqə telefonunu göstərməlidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar