Professor Sara Kərimşadı yaxşı tanıdığımdan onun haqqında bir neçə söz demək istərdim. İranın Tehran şəhərində dünyaya gəlmiş Sara xanım öz valideynləri ilə birlikdə hələ uşaq ikən 2-ci doğma vətəni saydığı Azərbaycana gəlmiş, burada Azərbaycan Dövlət Konservatoriyasını müvəffəqiyyətlə başa vurmuş, musiqinin nəzəriyyəsi və tarixi fənnindən dərs demiş və bu musiqi sahə üzrə elmi tədqiqatlar aparmışdır. Sonra o, Almaniyanın Essen şəhərinə köçmüş və orada, məskunlaşmışdır. Sara xanım, Essen və Dortmunt şəhərlərində musiqi sənətinin incəlikləri və onun cəmiyyət üçün nə qədər faydalı olduğunu mütəmadi olaraq təbliğ edir, gündəlik həyatında elmi nailiyyətlər qazanır. Təsadüfi deyil ki, Almaniya Respublikasına köçərkən alman dilini o qədər də səlis bilməyən, xalqın adət-ənənələri ilə dərindən tanış olmayan bir xanım, qısa müddətdə onların dilində ali məktəblərdə və bir çox musiqi ocaqlarında tədris edir, geniş elmi tədqiqatlar aparır elmi məqalələr, kitablar yazır, elmlər doktoru dərəcəsinə yüksələrək, professor adını alır. Bu yaxınlarda Bakıya - istirahət üçün öz doğmaları və dostları ilə görüşə gələn Sara xanım elmi axtarışlarından qalmamış, tam yeni bir sahə olan «musiqi ilə terapi» haqqında yazdığı kitabdan elmi məqalə hazırlamışdır. Mən Sara xanımın Avropa ölkələrində musiqi mədəniyyətinin inkişafındakı geniş nüfuzundan fərəh hissi keçirir, ona yeni-yeni elmi uğurlar, 2 yeniyetmə qız övladına xoşbəxtlik arzulayıram.
  
   Hörmətlə, Şaban Nəsir
  
  
   Musiqiterapi dedikdə, fikrimizə sakit, lirik, melodik bir musiqi parçası ilə terapi-şəfalanma prosesi gəlir.
   Lakin bu belə deyil, musiqiterapi spesifik (məxsusi) bir elmdir ki, kompleks səs - insan təhlil və təcrübələri ilə bağlıdır. Burada da musiqi və qeyri-musiqi səsləri iştirak edə bilər. O öz növbəsində diaqnoz və metod elementləri üçün yollar axtarır. Terapi nöqteyi-nəzərdən baxarkən musiqiterapi «parameqisinan»da səs, musiqi və hərəkəti cəmləşdirərək, reqressiv təsirlər əldə edir, komminikasion kanalları açaraq, sağalma prosesi ilə yenidən cəmiyyətə qarışmaq imkanı verir.
   Terapinin bu növü, yəni musiqi ilə terapi olunma məni bir musiqişünas kimi çox əvvəllərdən düşündürürdü. Sonralar isə bu arzumu əvvəlcə Almaniyada, sonralar isə İngiltərədə həyata keçirə bildim. Orada praktiki və ən əsası - işləyərək bu elmin professional nəzəriyyəsini təcrübələrimlə zənginləşdirmək mənə nəsib oldu. Almaniyanın Essen və Dortmund şəhərlərində xəstəxana və qocalar evində xəstə, yaşlı adamlarla, sonralar isə Unna şəhərinin İncəsənət İnstitutunda əqli və fiziki cəhətdən qüsurlu yeniyetmələrlə musiqiterapist kimi işləyərək, bu insanlara kömək etmək və onun bəhrəsini görmək məni çox xoşbəxt edir.
   Hər bir xəstəliyin öz müalicə metodları olduğu kimi, musiqiterapidə də hər xəstəliyin (məs: qan təzyiqli, xərçəng, ürək-damar xəstəlikləri və s.) ayrıca terapi metodu var. Külli miqdarda elmi mənbələrə əsaslanaraq gəldiyim qənaətlərdən, topladığım təcrübələrdən - insanlara kömək məqsədi ilə - musiqiterapi haqqında kitab yazmışam. Bu məqalədə isə, musiqiterapidə səsin bioloji və psixoloji xüsusiyyətlərindən danışmaq istərdim. Sırf elmi təhqiqatlara əsaslanan, səsin bioloji və psixoloji tərəflərinin bir-birindən ayrılmaz və bir-birini tamamlayan elementlər olduğunu bilərəkdən bu iki tərəfi ayrı-ayrılıqda təhlil etmək istərdim.
   Musiqi - nitq (danışıq) funksiyası ilə sıx bağlı olaraq, hətta bir neçə musiqi səhvləri nitqin zədələnməsinə gətirib çıxara biləcək dərəcədə çox həssasdır.
   Anatomik vəziyyətdə bu, bədənin mərkəzində (mərkəz nöqtələrində) təsdiq edilir. Məsələn, bətndən çıxarılarkən çağanın səsləri ananın qanının durdurulmağına kömək edir. Başqa bir misal; körpə ağlarkən, anaların südü artmağa başlayır.
   Bitkilərə gəldikdə, bir eksperiment: hər hansı bir gülün (torpaqda) yanında möhkəm ritmli mikrofon musiqisi qoyulanda çox qısa müddətdə solur.
   Heyvanlar aləmində isə əksinədir. Aparılan eksperimentlərin birində inəkləri aeroportun yaxınlığında yerləşdirib müşayiət ediblər və belə qənaətə gəliblər ki, gurultulu səslər heyvanların südünə heç bir təsir etmir. Lakin Argentinanın Buenos-Ayres şəhərindəki qəssabxanalarda heyvanları kəsməzdən əvvəl xüsusi bir müsiqi parçası çalınır ki, bu, onların çəki azalmasının qarşısını alır.
   1980-ci ildən bir çox alimlər, musiqiçilər musiqinin bioloji tərəfi ilə sıx məşğul olublar. M.Getri, Hestor Berlioz və başqaları bir çox maraqlı təhqiqatlar aparmışlar ki, bu da musiqinin nəbz və qan dövranına təsiri ilə əlaqədardır. Psixoloq Hallerə görə, bir tromelin bir neçə zərbəsi ilə qan açıq venadan çox gedir.
   Fransız fizioloqu Fere de la Salpetriepe iş şəraitində eksperiment apararaq belə qənaətə gəlmişdir ki, musiqinin ritmik zərbələri, insan fəaliyyətini artırır və majorda (şən) səslənən musiqi parçaları aktivliyi artırır, minorda (qəmli) səslənən parçalar isə aktivliyin fəaliyyətini zəiflədir. Bütün bunlara əsaslanaraq deyə bilərik ki, musiqi səsləri insanda bioloji təsirini belə göstərir:
  
   1) Ritmdən asılı olaraq əzələ enerjisi azala və ya çoxala bilər;
   2) Ritmin yavaşıdılması və ya tezləşməsi nəfəs almada təsir edə bilər;
   3) Nəbzdə, qan təzyiqində (endokrin sistemdə) dəyişmə baş verə bilər;
   4) Sensorin cazibə dəyişə bilər;
   5) Yorğunluq əlamətləri azala, yaxud bir qədər gecikdirilə, onun təsiri əzələni möhkəmləndirə bilər;
   6) Hər hansı bir işə istək və arzu əzələ refleksi (məs: yazarkən və ya rəsm çəkərkən) çoxala bilər;
   7) Maddələr mübadiləsi və orqanizmin elektrikli bölmələrində dəyişikliklər baş verə bilər.
   Səsin psixoloji tərəfinə gəldikdə isə, bu, musiqi terapinin ən əsas və mürəkkəb sahəsidir. Psixoloji analiz nadir hallarda musiqini özünə aid edərək təhlil edir. Onun qönçələrindən biri bu musiqinin özünün kökündən əmələ gəlir, özünəməxsus çiçəklənir. Argentinalı alim, professor Ronaldo O. Benenzonun fikrincə, musiqi başqa sənət elmləri kimi obyektini dünya xaricində deyil, məhz bu obyektin dəyişən tərəfləri psixi analizin mərkəz mövzusu kimi özünü göstərir. Digər növbəti səbəblər isə musiqidən asılıdır. Musiqinin maraqlı, mühüm psixoloji rollarından birinə aşağıdakı misalı göstərək; musiqi hələ «fotusda» (hələ doğulmamış - ana bətnində 6-9 aylıq) anaya və təbiətə qarşı xoş, mülayim münasibətlər oyadır. Alimlər təhqiqatlarında belə bir maraqlı qənaətə gəliblər ki, «fotus» artıq ana qarnında anasının spesifik səslərini tanıyır, onu başqa qadınlardan fərqləndirir.
   Məşhur alim L.Salk «Mothers heartbeating as an» («Ananın ürək döyüntüsü») məqaləsində doğulmamış «uteris»in öz anasının ürək döyüntüsünü artıq yavaş-yavaş yadda saxlamasını açıqlamışdır. Salkın apardığı eksperimentlərin birində təzə doğulmuş uşaqların bir qisminə ana ürək döyüntüsü ritmində dörd gün ərzində səs qoyaraq eksperiment aparıblar. Belə bir qənaətə gəliblər ki, bu uşaqlar eksperimentdə iştirak etməyən digər uşaqlara nisbətən az ağlayır, nisbətən də kökəlirlər. Bunu da təsdiq eləyiblər ki, bir qədər böyümüş uşaqlar dəqiqədə 72 ürək zərbi şəklində musiqi eşidiblərsə, çox yaxşı və rahat yatıblar. Musiqi və rəqs «imprintinq»in nəticəsidir. Məşhur musiqiçi, memar, riyaziyyatçı matematik U.Ksenakis demişdir ki, insan çalışır ki, fikirlərini, hərəkətlərini səslərin köməkliyi ilə materiallaşdırsın, əbədiləşdirsin və musiqi yaratmaq o deməkdir ki, bacarıq səviyyəsini səslərin köməkliyi ilə məlum etdirə bilsin.
   Uşaqlar böyüdükcə müxtəlif inkişaf təzadlarında psixi seksual problemlərlə üz-üzə qalırlar. Məsələn, onlara döşdən süd vermək, təmizləmək və s. Spesifik səslər uşaqda qorxunu yada sala bilər. Bəzi insanlar müəyyən səsi daha xüsusi bir həssaslıqla qarşılayırlar. Məsələn, çeynəmək səslərini, qışqırmaq səslərini yada salır və bunu da aqressiv cavablandırırlar.
   Səslər bəzən insanlara çox gözəl, müqəddəs hisslər gətirə bilər. Məsələn, insan gözlərini bağlarkən, xoş bir musiqiyə qulaq asır və bu musiqi onların daxilinə sanki soyrulur və özlərini ana sinəsində süd əmən kimi xoşbəxt hiss edirlər.
   Ümumiyyətlə, musiqi insanların intellektual səviyyəsində, tərbiyəsində böyük rol oynayır. Bunu onunla izah etmək mümkündür ki, musiqi müxtəlif cavabsız suallara cavab vermək qüdrətindədir.
   İnsan onu da sübut edə bilər ki, pozitiv (müsbət) təcrübələr - gülmək, xoş olmaq ümumi sistemə müsbət təsir göstərir. Hər keçən gün insanların əhatəsində səslər getdikcə genişlənir, onlarda musiqiyə qarşı çəkicilik və cazibə o qədər inkişaf edir ki, artıq onu həzm edə bilmirlər. Musiqiterap qabiliyyət mexanizminin qorunmasında pozitiv emosiyaları oyadır. Məhz bu xüsusiyyətlərə görə də, musiqiterapi bir ideal terapi olub inkişaf etməkdədir.
   Mən bir iranlı kimi, ikinci vətənim Azərbaycanda oxuyub təhsil alıb, bir alim, professor, doktor kimi yetişib, iki xalqı ümumiyyətlə bütün insanları çox sevdiyim üçün bu müalicə növünün - musiqiterapinin bütün (istər xəstə, istərsə də sağlam) insanlarda çox böyük təsir göstərdiyini gözəl bilərək, bu ölkələrdə tez bir zamanda həyata keçməsi və istifadə olunmasını arzulayır və imkan daxilində hər bir köməkliyə hazır olduğumu bildirmək istəyirəm.
  
   Sara Kərimşad







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar