Fevralın 2-də “Eurovision- 2009”un qalibi Aleksandr Rıbak Azərbaycana gələcək. O, “Eurovision-2010”da Azərbaycanı təmsil edəcək müğənninin seçilməsi üzrə yarımfinala qonaq kimi dəvət olunub.
   Qonaqlar sırasında “Eurovision-2004”ün qalibi ukraynalı Ruslana da olacaq. Bu barədə məlumatı müsabiqənin Azərbaycan üzrə təşkilatçısı İTV yayıb.
   Məlumat üçün bildirək ki, yarımfinal mərhələsinin iştirakçılarının adları da açıqlanıb. Bunlar Azad Şabanov, “Milk & Kisses” qrupu, Məryəm Şabanova, Səfurə Əlizadə, Elli Miçiyeva və Ülviyyə Rəhimovadır.