Dünyaya səs salan «Eurovision» müsabiqəsi artıq hər bir kəsin maraq dairəsinə çevrilib. Sevindirici haldır ki, Azərbaycanın adı artıq 3-cü ildir ki, beynəlxalq mahnı müsabiqəsində çəkilir. Qısa müddət ərzində ölkəmizin adı ön sıralarda çəkildi. Hazırda Norveçin paytaxtı Osloda keçiriləcək «Eurovision» mahnı müsabiqəsinin iştirakçısı olmaq istəyənlər arasında həyəcanlı anlar davam edir. Ölkəmizdə builki «Eurovision» müsabiqəsinin seçim mərhələsinə fevralın 2-də Buta Palasda start verildi. Azərbaycanı təmsil etməyə iddialı olan iştirakçılardan 3 nəfəri müəyyən olundu. Bu iştirakçılar Safura Əlizadə, Məryəm Şabanova və «Milk & Kisses» qrupu oldu. Bu iştirakçılara uğurlar diləyirik. İnanırıq ki, üçlüyə daxil olan ən layiqli nümayəndələrdən biri Azərbaycanı dünya miqyasında tanıdacaq. Görəsən, «Eurovision» müsabiqəsinin fanatları, tamaşaçıları nə fikirləşir? Beynəlxalq müsabiqədə ölkəmizi təmsil etmək üçün bu üç nəfərdən hansını bəyənirlər.
Cəmalə Əliyeva (tamaşaçı):
- 6 nəfər iştirakçı arasında Safuranın ifa tərzini daha çox bəyəndim. Məncə, onun seçdiyi musiqi və göstərdiyi performanslar Avropa stilinə uyğun idi. Düşünürəm ki, «Eurovision»da Azərbaycanı təmsil edə biləcək iştirakçılardan Safura layiqli təmsilçi ola bilər. Altılıq siyahısında elə ən maraqlı iştirakçılar üçlüyə daxil olanlar idi. Onlara uğurlar arzu edirəm. Əsas o deyil ki, üçlükdən konkret olaraq kim seçilsin. Əsas odur ki, Azərbaycanın adı uğurla təmsil olunsun.
Asif Məmmədov (tarixçi):
- Mənim iştirakçılar arasında üstünlük verdiyim iştirakçı Məryəm Şabanovadır. Bir neçə iddialılar içində səs tembri, ifa qabiliyyəti baxımından Məryəmi beynəlxalq müsabiqədə təmsilçi görürəm. Buna baxmayaraq onların hər birinə müvəffəqiyyətlər arzu edirəm.
Günay Məhərrəmova (yarımfinalın canlı izləyicisi):
- Buta Palas sarayında iştirakçıların canlı ifalarını izləmək mənə nəsib olduğu üçün çox məmnunam. Hələ münsiflərin seçimindən əvvəl özlüyümdə finala ya Safuranın, ya da Məryəmin keçəcəyini düşünürdüm. Düşüncələrim də məni aldatmadı. Həqiqətən də hər ikisi finala vəsiqə qazandılar. Elli də maraqlı iştirakçılardan idi. Ancaq yarımfinalda ifa etdiyi mahnını heç bəyənmədim. Eynilə bu fikrimi Azad və Ülviyyənin çıxışına da aid edə bilərəm. Amma «Milk&Kisses» qrupunun möhtəşəm çıxış etməsini və finala keçəcəyini gözləmirdim. Bu mənim üçün əsl gözlənilməz məqam oldu. Qrup həm mahnı seçimi, həm də səhnə geyimi, səhnə nümayişi ilə sözün əsl mənasında performans nümayiş etdirdi.
Nazilə Adilqızı (rəssam, tələbə):
- Yarımfinal zamanı sevindirici cəhətlər olmaqla yanaşı, bəzi nüansları qətiyyən bəyənmədim. Xüsusilə iştirakçılar arasında qızlarımızın səhnə geyimlərində professional, modelyer yanaşmasının olmaması idi. Məsələn, Ülviyyənin paltar seçimində yanılması yarımfinaldan kənarda qalmasına səbəb oldu. Bu həm onun ifa etdiyi musiqinin keyfiyyətini, həm də göz oxşaya biləcək ecazkarlığını büruzə verməyə böyük əngəllər törətdi. Safura ilə Ülviyyə geyindikləri paltarla özlərini «Eurovision-2009» yarışmasının qalibi Ayselə bənzətmişdilər. Bircə fərq paltarlarının rəngində idi.
Nisə Quliyeva (tələbə):
- Məncə, yarımfinalda ədalətsiz seçim oldu. Əslində üçlükdən yalnız Məryəm layiqli yer qazandı. Digər 2 iştirakçının isə finala keçməkləri düzgün qərar olmadı. Ülviyyə adlı iştirakçının kənarda qalması ədalətsiz seçim olduğunu göstərdi. Güman edirəm ki, final zamanı da düzgün qərar qəbul edilməyə bilər. «Eurovision» beynəlxalq müsabiqəsində üzümüz qara olmasa yaxşıdır.
Ceyran Səfərova (evdar qadın):
- Seçimin nə dərəcədə doğru olub-olmadığı fevralın 25-də keçiriləcək yekun qərarda bəlli olacaq. Bizim kimi bəyənib, bəyənmədiyimiz şərt deyil. Əsas odur ki, Azərbaycanı təmsil edəcək iştirakçı Avropa səhnəsində öz potensialını yetərincə nümayiş etdirə bilsin.
Ölkəmizi belə bir mötəbər musiqi yarışmasında təmsil etmək hər bir azərbaycanlı gənc üçün böyük bir şans və eyni zamanda fəxredici bir haldır. Əsas odur ki, ölkəni təmsil etmək və professional səhnəyə addım atmaq naminə, qarşıya çıxan bütün əlverişli şanslardan maksimum dərəcədə istifadə etməkdir. Çalışmaq lazımdır ki, avropalılara Azərbaycan mədəniyyətini, incəsənətini, tarixlərdə iz qoyan Azərbaycan musiqisini düzgün prizmadan çatdıraq.
Yeganə Y.