Martın 3-də Heydər Əliyev Sarayında “Telli sazın meydanı” adlı konsert reallaşacaq. Bu barədə sarayın mətbuat katibi Anar Fərəczadə məlumat verib. Onun sözlərinə görə, konsertdə Göyçə, Naxçıvan, Şirvan, Gəncə, Qazax, Tovuz, Borçalı, Kəlbəcər, Gədəbəy, Daşkəsən, Ağstafa aşıqları iştirak edəcək. Qeyd edək ki, konsert Heydər Əliyev Sarayının və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.