Azərbaycanın əməkdar artisti Yaqub Zurufçunun bugünlərdə yeni "Sevgilim" adlı CD və DVD albomu işıq üzü görüb. Albomda sənətçinin ifasında 13 mahnı yer alıb. Bu mahnılar arasında sözləri və musiqisi sənətçinin özünə məxsus olan "Azərbaycan", sözləri Cabir Novruz, musiqisi Rza Rəzəviyə məxsus olan "Sevgilim", sözləri Aşıq Veysəl, musiqisi Y.Zurufçunun özünə məxsus olan "Dostlar məni xatırlasın", sözləri Nəbi Xəzri, musiqisi Y.Zurufçuya məxsus olan "Dəniz", sözləri Məmməd Araz, musiqisi Y.Zurufçuya məxsus olan "Ya rəbbim", musiqisi Y.Zurufçuya məxsus olan "Qarabağ" və digər mahnılar var.
   Albomdakı sonuncu - 13-cü yerdə sözləri Fərhad İbrahimli, musiqisi Əli Səlimiyə məxsus olan məşhur "Ayrılıq" mahnısı yer alıb. Bu mahnı isə Yaqub Zurufçu və Ququşun dueti kimi təqdim olunub. Bu dueti sənətçi həmkarı ilə birgə Los-Ancelesdə hazırlayıb. Sənətçinin bildirdiyinə görə, albomda 13 mahnının yer aldığı CD ilə yanaşı, "Sevgilim" mahnısına çəkilmiş klipin DVD-si də yerləşdirilib.