Aprelin 7-dən 11-dək Litva Respublikasının Kaunas şəhərində Gənc Musiqiçilərin XIX Beynəlxalq Festivalı reallaşacaq. Festivalda Azərbaycanı iki nəfər istedadlı yeniyetmə təmsil edəcək. Bununla əlaqədar Bakı şəhərinin uşaq musiqi məktəblərinin şagirdləri dinlənilmiş və seçim turu aparılıb. Bakı şəhəri L. və M. Rostropoviçlər adına 21 saylı onbirillik Musiqi məktəbinin şagirdləri, respublika müsabiqəsinin qalibləri Kamran Ömərli (skripka) və Günay Ağalarova (fortepiano) hər iki mərhələdən uğurla keçdiklərinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə festivalda iştirak edəcəklər.
   Sözügedən festivalda 36 ölkənin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Çin, Rusiya, Türkiyə, Belarus, Moldova, Ukrayna, Gürcüstan və s. ölkələrin nümayəndələri iştirak edəcəklər.
   Tədbirdə Azərbaycanı təmsil edəcək nümayəndələr Motsart, Çaykovski, Ştraus, Q.Qarayev, F.Əmirovun əsərlərini səsləndirəcəklər.