Beynəlxalq Ankara Musiqi Festivalı bu il də ankaralılara musiqi dolu bahar bəxş edəcək. 5-30 aprel tarixində davam edəcək festivalda Türkiyə ilə yanaşı, Fransa, Rusiya, İsrail, Bolqarıstan, Almaniya, Yaponiya, Litva, Koreya, İspaniya və Finlandiyadan 350 musiqiçi qatılacaq. Festivalda Hacettepe Simfonik Orkestri, Terem Quartet, Alexander Lackner, Richard Hyung-ki Joo, Carles Trepat və başqa dünyaşöhrətli musiqiçilər iştirak edəcək.