Məşhur “The Beatles” qrupunun dünyaşöhrətli üzvü Con Lennonun həyat və musiqi yaradıcılığı Liverpulda 2 ay sürəcək festivalda anılacaq. Lennonun 70 illik yubileyinə həsr edilmiş festival bu ilin 9 oktyabr tarixində başlayıb onun ölüm tarixi - 9 dekabrda bitəcək. “Cavern Club”da təşkil olunacaq “Lennonu xatırlayarkən” adlı anım mərasimində musiqiçiyə həsr edilmiş şeir yarışması da keçiriləcək.