Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Gülüstan Əliyevanın yeni albomu işıq üzü görüb. “STS Production” studiyasında buraxılan albom “Yadıma düşdü” adlanır. Toplu iki DVD və CD diskindən ibarətdir. Albomda müğənninin son illər ifa etdiyi mahnılar yer alıb. Müğənni Tofiq Quliyev, Cahangir Cahangirov, Faiq Sücəddinov, Ramiz Mirişli və başqa bəstəkarların sevilən mahnılarını özünəməxsus tərzdə ifa edib. Albomun təqdimatı aprelin 16-da keçiriləcək.