XX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ukraynanın Milli Musiqi Akademiyasında Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin yaradıcılığına həsr olunmuş konsert keçirilib.
Konserti giriş sözü ilə Ukrayna Bəstəkarlar İttifaqının sədri İqor Şerbakov açıb. O, UNESCO tərəfindən "Sülh naminə artist" adına layiq görülən bəstəkar Firəngiz Əlizadəni Ukraynada hamının tanıdığını və sevdiyini, əsərlərinin Kiyevdə keçirilən festivallarda səsləndiyini bildirib. Konsert proqramında Ukraynanın “Rikoşet” simli kvartetinin musiqiçiləri bəstəkarın "Oazis", “Muğamsayağı” əsərlərini ifa ediblər. Beynəlxalq müsabiqələr laureatı, fleytaçalan Baqdona Stelmaşenko bəstəkarın fleyta üçün “Eşq havası”, violonçel Zoltan Alimaşi “Oyan” əsərlərini ifa ediblər. Tamaşaçıların israrlı xahişi ilə Firəngiz Əlizadə də konsertdə çıxış edib. O, tanınmış “Music for piano” əsərini ifa edib.