Türkiyənin dövlət sənətçisi, tanınmış pianoçu, Polşanın Dövlət mükafatı laureatı Gülsin Onay Bakıda konsert verəcək. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyindən bildiriblər ki, pianoçunun Naxçıvandan başlayacaq “Nə yaxşı ki, doğdun, Frederik Şopen!” adlı konsert proqramı Bakıda yekunlaşacaq. İki hissədən ibarət konsert Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək.
   Gülsin Onayın Bakıdakı konserti aprelin 16-da Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq.