Gələn ay Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision - 2010” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Səfurə Əlizadənin ifa edəcəyi “Drip drop” mahnısının klipinin rejissoru Ruper Ueynrantdır.
   Ruper Ueynrant “Grammy” mükafatı və “MTV Video Music Awards”ın laureatıdır. S.Əlizadənin xoreoqrafiyası üzərində isə “American İdol” şousunun xoreoqrafı, məşhur müğənni Beyonsun klipinin rəqslərinin quruluşçusu JaKuel Nayt işləyir.
   S.Əlizadəni səhnəyə yeni obrazda “America’s Next Top Model” realiti-şousunun əsas siması Tanya Cill hazırlayacaq.
   Məlumat üçün bildirək ki, təmsilçimizin müsabiqədə ifa edəcəyi “Drip drop” mahnısının son versiyası artıq hazırdır.