Yurmalada keçiriləcək ənənəvi beynəlxalq musiqi yarışmasında Azərbaycan “Milk&Kisses” qrupu ilə təmsil olunacaq. İyulun 27-dən avqustun 1-dək keçiriləcək beynəlxalq musiqi yarışmasında münsiflər heyətinə Rusiyanın tanınmış bəstəkarı və ifaçısı İqor Krutoy sədrlik edəcək.
Müsabiqədə I yerin qalibinə diplom və 50 min avro, II yerin sahibinə 30 min avro, III yeri tutana isə 20 min avro mükafat veriləcək. Müsabiqənin qalibləri sms səsverməsi ilə tamaşaçılar tərəfindən müəyyənləşdiriləcək.
Müsabiqədə Rusiya, Ukrayna, Belarus, Estoniya, Braziliya və digər ölkələr də iştirak edəcək. Tədbirin sonunda müsabiqə təmsilçilərinin iştirakı ilə qala-konsertin keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “Milk&Kisses” qrupunun üzvləri Dilarə Kazımova və Fəridə Nelsondur. Bu qrup Azərbaycanı “Eurovision-2010” müsabiqəsində təmsil etmək məqsədi ilə keçirilən milli seçimlərdə finala vəsiqə qazanmışdı.