Aprelin 27-də R.Behbudov adına Mahnı Teatrında Böyük Vətən müharibəsində alman faşizmi üzərindəki qələbənin 65-ci ildönümünə həsr olunmuş konsert proqramı olub. Sözügedən konsert Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Musiqi məktəblərinin Direktorlar Şurasının təşkilatçılığı ilə baş tutub.
    Konsertdə Bakı şəhər musiqi məktəblərinin birləşmiş xalq çalğı alətləri orkestri (“Arşın mal alan” musiqili komediyasından “Müqəddimə”), 17 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri (P.Frossini “Şən kabelyero”), Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbinin skripkaçılar ansamblı (D.Şostakoviç -Vals), Rəşid Behbudov adına 2 saylı 11-illik Uşaq Musiqi Məktəbinin şagirdləri (İ.Brams, “Macar rəqsi”), 38 saylı 11-illik Uşaq Musiqi Məktəbinin şagirdləri (J.Bize “Karmen” operasından “Qaraçı mahnısı”) və başqa musiqi məktəbləri çıxış ediblər.
   Məlumat üçün bildirək ki, bu konsert, məktəblilərin ilk çıxışı idi.