Aprelin 27-də görkəmli dirijor, istedadlı pedaqoq Mstislav Rostropoviçin ölümünün 3-cü ildönümü münasibəti ilə Bakıda Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “Maestronun xatirəsinə ithaf olunur” adlı tədbir keçirildi.
   
   Xatirə tədbirində ilk musiqi nömrəsini vaxtilə M.Rostropoviçdən ustad dərsləri almış A. Miltıx ifa etdi. Sonra tədbirdə dahi musiqiçiyə həsr olunmuş “Dahilərin dostluğu” filmi tamaşaçılara təqdim olundu. M. Rostropoviç və dahi bəstəkar D. Şostakoviçə həsr olunmuş sənədli film iki görkəmli şəxsiyyətin dostluğuna, onlar arasında olan yaradıcılıq əlaqələrinə həsr edilib.
   Nümayişin sonunda rejissor Oqtay Mirqasımov film haqqında olan fikirlərini bölüşdü.
   Sonda D. Şostakoviçin M. Rostropoviçə həsr etdiyi 2 N-li violonçel və orkest üçün yazdığı konsertin sədaları altında qonaqlar nadir eksponatlar, disklər, proqramların nümayiş olunduğu sərgiyə baxdılar.