Aprelin 28-də Dövlət Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Xırdalan Şəhər Uşaq Musiqi Məktəbi şagirdlərinin konserti keçirildi. Konsert iki hissədən ibarət idi. Şagirdləri Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Kamera Orkestri müşayiət edirdi.
   Konsertdə Xırdalan Şəhər Uşaq Musiqi Məktəbinin 2-ci sinif şagirdi Fatimə Verdiyeva (L.Bethoven “Vals”), Səadət Əyyubova (M.Şmits “Tip-top”), Əli Məhəmmədoğlu (Vidadi “Konsert a-moll”), Gənc pianoçuların 2-ci Respublika Müsabiqəsinin diplomantları 4-cü sinif şagirdi Şakir Allahverdiyev (Kramer “Rəqs edən skripkaçı”) və 5-ci sinif şagirdi Nərgiz Kazımova (İ.Albenis “Tanqo”) və başqaları çıxış etdilər.
   
   Nuray