Məşhur polşalı pianoçu Stanislav Dean mayın 5-də Lənkəranda, mayın 7-də Qəbələdə geniş tamaşaçı auditoriyası qarşısında çıxış edəcək. Həmin günlərdə Stanislav Dean yerli musiqi məktəblərində ustad dərsləri keçəcək. O, gənc musiqisevərlərə Şopenin əsərlərini ifa etməklə yanaşı, korifey sənətkarın yaradıcılığından geniş bəhs edəcək. Sözügedən konsert Heydər Əliyev Fondunun "Frederik Şopen ili" layihəsi çərçivəsində baş tutacaq.
   Qeyd edək ki, fondun dəstəyi ilə indiyədək Azərbaycan paytaxtında F.Şopenlə yanaşı, D.Şostakoviçin və M.Rostropoviçin yubiley gecələri təşkil olunub. Ənənəvi Beynəlxalq Rostropoviç festivalları, Qəbələ Beynəlxalq musiqi festivalı və piano müsabiqəsi gənc nəslin musiqi zövqünün formalaşmasına və hərtərəfli inkişafına xidmət edir.