Dünən Heydər Əliyev Sarayında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operasının yeni quruluşda premyerası keçirilib. Premyera Heydər Əliyev Fondunun beynəlxalq musiqi layihəsi çərçivəsində gerçəkləşib. Beynəlxalq bədii heyət tərəfindən hazırlanmış yeni quruluş müasir Avropa musiqili teatr rejissurası prinsiplərinə əsaslanır. Tamaşanın bədii tərtibatında ən müasir bədii-texnoloji vasitələr (hərəkətli səhnə, video-instalyasiya, mürəkkəb işıq partiturası) geniş tətbiq edilib. Libretto müəllifi “Üns” yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri Nərgiz Paşayevadır.
   Əsərdə Azərbaycan tarixinin yaxın keçmişində baş vermiş faciəli hadisələr xeyirlə şərin əbədi mübarizəsi kimi ümumbəşəri mövzu kontekstində açılır.
   Tamaşanın quruluşçu rejissoru Moskva “Helikon-opera” teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti, professor Dmitri Bertmandır. Quruluşçu rəssam Hartmut Şorqhofer, dirijor Vladimir Ponkin, xoreoqraf Edvald Smirnov, xormeyster Gülbacı İmanova, geyim üzrə rəssam Korina Xrome, işıq üzrə rəssam Aleksandr Naumov, qrim üzrə rəssam Aliya Nurakişeva, video üzrə fettfilm Momme Hinriks, Torqe Mülle, səs rejissorları Stanislav Şevtsov, İqor Yurçenko, konsertmeysterlər Məlahət İsmayılova, Nərminə Əfəndiyevadır.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar