Mədəniyyət və Turizm Nazirliyi və Polşanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən gənc ifaçıların Frederik Şopen adına festivalına mayın 13-də Beynəlxalq Muğam Mərkəzində keçirilən final konserti ilə yekun vurulub.
Tədbirdə giriş sözünü mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva söylədi: “Bu il dahi bəstəkar Şopenin 200 illik yubileyi qeyd olunur. Elə sənətkarlar var ki, onlar öz ölkələrinin rəmzlərinə çevrilir. Şopen də belə sənətkarlardan idi. 2010-cu il Avropada Şopen ili kimi qeyd olunur. Bu il bütün dünyada dahi bəstəkarın xatirəsinə həsr olunmuş iki minə qədər tədbir keçiriləcək. Azərbaycanda da bu il ərzində dahi bəstəkarın 200 illiyinə həsr olunmuş müsabiqə və festivalların keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərdən biri də Mədəniyyət və Turizm Nazirliyinin Polşa Respublikasının ölkəmizdəki səfirliyi ilə birgə keçirdiyi Frederik Şopen adına gənc pianoçuların festivalıdır».
Nazir müavini festivalda 17 yaşınadək gənc pianoçuların iştirak etdiyini, qaliblərin Polşada dahi bəstəkarın 200 illik yubileyinə həsr olunmuş festifalda iştirak hüququ qazandıqlarını bildirdi.
Sonra söz Polşa səfirliyinin nümayəndəsi Darota Mamay və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyliyə verildi. Çıxış edənlər festival iştirakçılarına təşəkkür edib qalibləri ürəkdən təbrik etdilər.
Tədbir proqramında Şopenin “Polonez sol minor”, “Mazurka fa diez minor”, “Vals re bemol major”, “Mazurka sol minor, lya minor”, “Noktürn re bemol major” və başqa musiqiləri gənclər tərəfindən ifa olundu.
Yeganə