“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Şirvanşahlar Sarayı Kompleksində “Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert keçirilib. Konsertdə gənc müğənni Arzu Əliyevanın ifasında muğamlar, xalq mahnıları səslənmişdir. Muğam ifaçısını tarda Humay Qədimova, kamançada Sevinc Bağıyeva müşayiət edib.
Xatırladaq ki, fevralın 24-dən başlayan bu layihə 20 həftə davam edəcəkdir. Layihə 2007-2008-ci illərdə UNESCO, Mədəniyyət və Turizm Nazirliyi və Yaponiya Hökumətinin dəstəyi ilə Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Komitəsi tərəfindən icra olunan “Əbədi Muğam“ layihəsi çərçivəsində Şirvanşahlar Sarayı Kompleksində keçirilən həftəlik muğam konsertləri silsiləsinin davamıdır.