Azərbaycan xalqının mədəni sərvətlərini qoruyub saxlamaq və inkşaf etdirmək, muğam sənətinə, xalq mahnıları və təsniflərə marağı artırmaq, yerli istedadlı gənc muğam ifaçılarını aşkara çıxarmaq məqsədilə keçirilən Uşaq-muğam ifaçılarının V Respublika müsabiqəsinə mayın 17-də Astarada start verilib.
Müsabiqədə Azərbaycanın 45 rayonundan 120 ifaçı iştirak edir.
Xalq artisti Canəli Əkbərovun sədirliyi ilə təşkil olunmuş münsiflər heyəti 4 gün davam edəcək bu müsabiqənin işgüzar şəraitdə və obyektiv keçirilməsi üçün bütün şəraiti yaradıb. Qeyd edək ki, uşaq-muğam ifaçılarının 2002, 2004, 2006 və 2008-ci illərdə keçirilən müsabiqələri də Astarada gerçəkləşmişdi.