Mayın 17-də “Kapellhaus” Almaniya-Azərbaycan Mədəni Mərkəzinə gələn dinləyicilər Sumqayıtdakı Bülbül adına 2 nömrəli incəsənət məktəbi şagirdləri üçün fərəhli hadisənin şahidi olublar. Gənc musiqiçilər ilk dəfə olaraq məşhur kollektiv - Xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə çıxış ediblər.
Azərbaycan və xarici bəstəkarların əsərlərinin, xalq mahnılarının daxil edildiyi konsert proqramında Brams, Qriq, Arif Məlikov, Faiq Sücəddinov, Səid Rüstəmovun əsərləri səslənib. Bəstəkar Sevda İbrahimova konsertin təşkilatçılarına təşəkkürünü bildirib.
Sumqayıt İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, Mədəniyyət və Turizm Nazirliyi Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev də tamaşaçılar arasında olublar.
Məktəbin direktoru, respublikanın Əməkdar mədəniyyət işçisi Lətafət Müfidzadə çıxış edərək deyib: “Bülbül adına Sumqayıt İncəsənət məktəbi 1971-ci ildə yaradılmışdır. Uşaqlar burada musiqi, vokal və xoreoqrafiya sənətinin incəliklərinə yiyələnirlər. Ötən illər ərzində məktəbi 2 mindən çox məzun bitirmişdir və onların əksəriyyəti peşəkar musiqiçi olmuşdur. Məktəbin kollektivi təkcə təhsil prosesində deyil, Sumqayıtın mədəni həyatında da yaxından iştirak edir”.
Konsertin uğurunu haqlı olaraq uşaqlarla bölüşən Lətafət müəllimə bildirib ki, bu konsert məktəbin həyatında unudulmaz hadisəyə çevriləcək.