May ayının 20-də Bakı Oxford Məktəbində məşhur Polşa bəstəkarı Frederik Şopenin 200 illiyinə həsr olunmuş konsert keçirilib. Konsertdə G.Şarayev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdləri çıxış ediblər.
Xatırladaq ki, Polşanın Azərbaycandakı səfirliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birgə gənc pianoçular arasında Şopen adına festival keçirib. Festivalda Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin, eləcə də G.Şarayev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdləri də iştirak edib. Bakı Oxford Məktəbində keçirilən konsert də festivalın davamı olaraq keçirilən tədbirlərdən biridir. Konsertdən sonra Polşa səfirliyinin mədəniyyət işləri üzrə nümayəndəsi çıxış edərək, musiqi məktəbinin direktoru və şagirdlərinə diplom və hədiyyələr təqdim edib.