Dünya şöhrətli muğam ustadı, Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova Avropa ölkələrinə turneyə çıxacaqlar.
Xalq artistinin bildirdiyinə görə, onlar iyulun 6-dan 25-nə kimi bir neçə ölkədə konsertlə çıxış edəcəklər. Konsertlərdən birinin İspaniyanın bir neçə şəhərində keçirilməsi nəzərdə tutulub. Orada azərbaycanlı xanəndələr və musiqiçilərlə yanaşı, məşhur Kronos kvarteti də çıxış edəcək.
Xanəndələrin digər iki konserti Fransa və İngiltərədə olacaq. Bu ölkələrdə keçirilən konsertlərdə təmsilçilərimiz solo ifa ilə çıxış edəcəklər.
A.Qasımov bildirib ki, qastrol səfərləri “Ağaxan” Musiqi Fondu tərəfindən təşkil ediləcək.