İyunun 1-də Türkiyədə “Türkvision-2010” mahnı müsabiqəsi başlanıb. Müsabiqədə 30-dan çox türkdilli ölkənin nümayəndələri iştirak edir. Ölkəmizi bəstəkar Vaqif Gərayzadənin yetirməsi müğənni Elnarə Xəlilova təmsil edir. Elnarə festivala getməzdən əvvəl müəllimi ilə məsləhətləşdiyini, repertuarını müəyyənləşdirdiyini deyib. “Türkvision-2010” mahnı müsabiqəsi “TRT Avaz”, “TRT Music” və “TRT Anadolu” kanalları ilə canlı nümayiş etdirilib.