İyunun 8-də M.Maqomayev adına Dövlət Filarmoniyasında 26 saylı Uşaq Musiqi Məktəbinin şagirdlərinin yekun konserti keçirildi. Konsert Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə gerçəkləşdi.
Şagirdlərin ifasını Q.Qarayev adına Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor Xalq artisti Teymur Göyçayev) müşayiət edirdi. Qeyd edək ki, indiyədək məktəb Gəncə və Şəmkirdə konsertlər, «Master Klass» dərsləri verib. İyunun 2-də Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş konsertdə məktəbin skripkaçılar ansamblı və “Retro Sevil” vokalçılar ansamblı uğurla çıxış edib.
Dövlət Filarmoniyasında isə məktəbin şagirdləri ilk dəfə çıxış edirdilər. Konsertdə Validə Pirimova, Ayan Quliyeva (F.E.Bax, “Adajio”), Elxan Əhmədzadə (A.Vivaldi, Konsert Sol major), Fidan Məmmədli (İ.Berkoviç, Konsert Do Major ), Zərifə Alxasova (A.Məlikov, “Məhəbbət əfsanəsi baletindən “Noktürn), Nərmin Quliyeva (A.Rouli, Konsert Sol major), Aysel Abbasova (xalq mahnısı, «Qoy gülüm gəlsin»), Esmira Məmmədova (İ.S.Bax, Konsert fa major), İlqar Yusifli (S.Rüstəmov, “Oxu tar”), Anar Yusifov (F.Kreysler, “Gözəl Razmarin), Lamiyə Əhmədova (İ.S.Bax, konsert Re minor), Xalq Çalğı Alətləri ansamblı, Çinarə Heydərova (Ə.Tağıyev, “Sənə qurban”) və başqaları çıxış etdilər.
Nuray