Dünya şöhrətli muğam ifaçısı, Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova İstanbula səfərdən qayıdıblar. Xalq artisti bildirib ki, onların konserti İstanbulun Yerəbatan Sarıncı salonunda keçirilib.
Konsertin uğurundan danışan xanəndə diqqətə çatdırıb ki, tamaşaçılar Azərbaycan musiqisini heyranlıqla dinləyiblər.
Konsertdə xanəndələri Rauf İslamov, Rəfael Əsgərov, Cavidan Nəbiyev və Zəki Vəliyev müşayiət ediblər. 90 dəqiqəlik konsert proqramında “Mahur” və “Bayatı-Şiraz” dəstgahları ifa olunub.