“Eurovision-2010” müsabiqəsində beşincilik qazanan Səfurə Əlizadə Almaniyada səfərdədir. Səfər çərçivəsində müğənninin yeni işıq üzü görən “It’s my war” diskinin təqdimatı da keçiriləcək. Təqdimat mərasimi iyunun 18-nə nəzərdə tutulub. İyunun 14-də isə müğənni Almaniyanın yüksək reytinqli tele-şoularından birinin çəkilişində iştirak edib. Qeyd edək ki, S.Əlizadənin “Drip drop” mahnısı Almaniyanın tanınmış “Viva Germany” televiziya kanalında 100 ən yaxşı mahnı arasında birincidir.