Qafqaz Mineral Suları Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilən “Parlaq ulduzlar” layihəsində ilk dəfə olaraq azərbaycanlı dirijor Əyyub Quliyev iştirak edib. Kislovodsk və Yessentuki şəhərlərinin ən məşhur konsert salonları olan - F.Şalyapin və A.Skryabin adına Dövlət Filarmoniyalarında dünya klassik musiqisinin ən parlaq nümunələri musiqisevərlərə təqdim edilib. Bu salonlarda Rusiya Akademik Dövlət Simfonik orkestri Ə.Quliyevin dirijorluğu ilə Vyana klassikləri V.A.Motsart və L.Bethovenin simfonik əsərlərini ifa edib.
Bu il 115 illiyini qeyd edən Qafqaz Mineral Suları Dövlət Filarmoniyası ilə dirijor Ə.Quliyev arasında əldə olunan razılıq əsasında növbəti yubiley konsertində Q.Qarayevin “Don Kixot” simfonik əsəri proqrama daxil edilib.
Həmin konsertlərdən sonra Ə.Quliyev Polşaya yola düşüb. Azərbaycanlı dirijor Polşanın Lodz şəhərinin Dövlət Filarmoniyasında dahi alman bəstəkarı Robert Şumanın 200 illik yubileyində iştirak edib.