SSRİ Xalq artisti, tanınmış pianoçu, professor Fərhad Bədəlbəyli Böyük Britaniyanın möhtəşəm salonlarından birində konsert proqramı ilə çıxış edəcək. Səfərə hazırlaşan Fərhad Bədəlbəyli bildirib ki, konsert iyul ayının 15-də keçiriləcək.
   Londonun "Cadogan Hall" salonunda təşkil olunacaq gecədə Sergey Raxmaninov, Bruç, Sen-Sans və başqa bəstəkarların əsərləri səsləndiriləcək.
   Konsert bir çox özəllikləri ilə də yadda qalacaq. Fərhad Bədəlbəylini səhnədə tanınmış dirijor Dmitri Yablonskinin rəhbərlik etdiyi Britaniya Kral Filarmoniya orkestri müşayiət edəcək.