Rusiyalı rəssam Aleksandr Lavrov qeyri-adi instalyasiya yaradıb. O yaratdıqlarını "Pop altarı" adlandırıb. Bu instalyasiyaya Rusiya şou-biznesinin və estradasının 12 "apostolu" daxil olub.
   
   Siyahıya daxil olan görkəmli müğənnilər sırasında dünya şöhrətli həmyerlimiz Müslüm Maqomayev də var. Siyahıda aşağıdakı müğənnilərin adı yer alıb: Müslüm Maqomayev, Vladimir Vısotski, Alla Puqaçova, Maya Kristalinskaya, Lyudmila Zikina, Aleksandr Vertinski, "Pesnyari" qrupunun solisti Vladimir Mulyavin, İosif Kobzon, Leonid Utyosov, Klavdiya Şuljenko, Viktor Soy.
   Hər bir portretin altında belə yazılar öz əksini tapıb: "Volodya, sən əlasan", "Soy yaşayır, Soy bizimlədir", "Mən səni sevirəm, Alloçka".
   Rəssamın sözlərinə görə, o, yaratdıqlarının üzərində bir aya yaxın işləyib. Bu müddət ərzində o, internetdən həmin ulduzların 12 şəklini seçib və onların ağ-qara rəsmlərini çəkib. Sonra isə printer vasitəsilə çap edib və şəhərin mərkəzində "Nijqorodun Arbatı" adlanan məkanda, Soy tağı olan yerdən asıb.