Son illər Azərbaycanın musiqi tarixinə uğurlu illər kimi yazılacaq. Çünki dövlət səviyyəsində musiqi sənətinə göstərilən böyük qayğı və bunun sayəsində incəsənətin bütün sahələrində, o cümlədən musiqi sahəsində böyük irəliləyişi görməmək mümkün deyil. Böyük musiqi səhnələrinin yolu isə, sözsüz ki, musiqi təhsili verən məktəblərdən başlayır.
   2010-cu ilin yaz aylarında Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzi Bakı, Sumqayıt şəhərlərində yerləşən Ağdam, Qubadlı, Zəngilan, Laçın, Füzuli, Cəbrayıl, Şuşa uşaq musiqi və incəsənət məktəblərinin iştirakı ilə festivala start vermişdi. Laçın rayonunun 3 uşaq musiqi məktəbi bu tədbirdə uğurla iştirak edib. Laçın rayon Ərdəşəvi kənd uşaq musiqi məktəbinin şagirdi Samirə Ağalarova, 2 saylı şəhər uşaq musiqi məktəbinin şagirdləri Şükran Ağalarov və Ağayar İbazadə uğurlu iştirakına görə diplomla təltif olunublar. Laçın şəhər 1 saylı uşaq musiqi məktəbinin II sinif şagirdi Nərmin Sadıqlı münsiflər heyəti tərəfindən I yerə layiq görülüb.