“Eurovision-2010” mahnı müsabiqəsindəki təmsilçimiz Səfurə Əlizadə bir neçə gündür ki, Türkiyədədir. Bu ölkənin mətbuat orqanlarının məlumatına görə, S.Əlizadə Türkiyənin səfalı yerlərindən olan Çeşmədə keçirilən Beynəlxalq musiqi festivalında səhnədə qonaq qismində çıxış edəcək.
Onun bu musiqi bayramında iştirakının başqa bir səbəbi də festivalın təşkilat komitəsinin həmyerlimizə münsiflər kürsüsündə əyləşmək hüququ verməsi ilə əlaqədardır. Beynəlxalq tədbirə 14 ölkədən iştirakçılar qatılacaqlar.