Xalq artisti, pianoçu Fərhad Bədəlbəyli Yunanıstanda konsert proqramı ilə çıxış edəcək. Bu barədə məlumat verən Fərhad Bədəlbəyli bildirib ki, konsert oktyabr üçün nəzərdə tutulub və bu təklif Yunanıstandan gəlib. Hazırda musiqiçi konsertin proqramını hazırladığını və proqrama yerli, eləcə də dünya bəstəkarlarının əsərlərini daxil edəcəyini vurğulayıb.