İyulun 25-də Qəbələ rayonunda Pianoçuların II Beynəlxalq Festivalına start veriləcək. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bildirib ki, ötənilki festivaldan fərqli olaraq bu il festival çərçivəsində müsabiqə təşkil olunmayacaq. F.Bədəlbəyli deyib ki, dünya şöhrətli musiqiçi, cazmen Al Cero festivalda konsert proqramı ilə çıxış edəcək: “Artıq festivalın proqramını hazırlamışıq. Tədbirə bir dəfə Bakı Caz Festivalında iştirak etmiş dünya şöhrətli sima Al Cero da qatılacaq. Onun Qəbələ festivalı çərçivəsində konserti iyulun 27-də olacaq”.
   F.Bədəlbəyli festivalda London Kral Orkestrinin ifasında Azərbaycanın görkəmli bəstəkarları Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Tofiq Quliyev və Fərhad Bədəlbəylinin mahnılarının səslənəcəyini söyləyib.
   İyulun 30-da festivalın təntənəli bağlanış mərasimi olacaq. Festival çərçivəsində iyulun 25-də Xalq artisti Fərhad Bədəlbəyli və Əməkdar artist Murad Adıgözəlzadənin birgə konsertinin, eləcə də Rusiyanın məşhur pianoçusu Boris Berezovskinin konsertinin keçirilməsi də nəzərdə tutulub.
   Qeyd edək ki, festival Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Musiqi Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar