Bu günlərdə Başqırdıstanın paytaxtı Ufa şəhərində TÜRKSOY-un təşkilatçılığı ilə Rudolf Nuriyev adına XVI Beynəlxalq Balet Sənəti Festivalı keçirilib. Festivalda Azərbaycan balet məktəbinin yetirməsi Ülvi Əzizov da iştirak edib. O, uğurla çıxış edərək TÜRKSOY təşkilatının mükafatına layiq görülüb.
   Başqırdıstan Respublikasının mədəniyyət və milli siyasət naziri İldus İlişev və TÜRKSOY-un baş katibi Düsen Kasinov tərəfindən imzalanmış «Balet sənətinin inkişafına töhfəsi və yüksək peşə ustalığı səviyyəsinə görə» diplomu həmyerlimizə təqdim olunub.