Mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi, beynəlxalq müsabiqələrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması və estrada mahnı janrının inkişafı məqsədi ilə keçirilən “Bakı gecələri-2010” estrada mahnı festivalının seçim turu başlayıb.

Festival Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildiriblər ki, festivalda 18 yaşından yuxarı peşəkar mahnı ifaçısı iştirak edə bilər. Gənc Tamaşaçılar Teatrında keçiriləcək ilkin mərhələdə təqdim olunan mahnılar tanınmış münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yüksək bal toplamış əsərlər finala vəsiqə qazanacaq.

Dekabrda Heydər Əliyev Sarayında keçiriləcək final mərhələsinin iştirakçıları qala-konsertə vəsiqə qazanacaq. Qala-konsertdə istirak edən müğənnilər “Bakı gecələri estrada mahnı festivalının laureatı” adina layiq görüləcəklər.

Artıq 2010-cu ildə yazılmış mahnıların seçiminə başlanılıb. Təşkilat komitəsi tərəfindən mahnılar toplanılır və konsert proqramlarına daxil edilir. Hər bir bəstəkar və ya müğənni 2010-cu ildə ərsəyə gələn əsərini təşkilat komitəsinə təqdim edə bilər.

“Bakı gecələri-2010” estrada mahnı festivalının rejissoru Nail Naiboğlu, prodüsseri isə Pərviz Oqtayoğludur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar