Tanınmış azərbaycanlı cazmen, Montrö caz festivalının qalibi İsfar Sarabski Vyanadakı məşhur “Porgy & Bess“ caz klubunda konsert verib. Konsertdə İsfar Sarabski Montrö caz festivalının digər qalibləri - pianoçu Beka Qoçiaşvili (Gürcüstan) və gitaraçı Roland Baloq (Macarıstan) ilə birgə çıxış edib.

43-cü Montrö festivalının qalibi olan İsfar Sarabski Azərbaycan klassik musiqisi, caz-muğamdan nümunələrlə yanaşı, xarici bəstəkarların əsərlərini, eləcə də öz improvizasiyalarını səsləndirib.

Konsertdə Azərbaycanın və Gürcüstanın Avstriyadakı səfirləri Fuad İsmayılov, Paata Qaprindaşvili, Vyanada akkreditə olunmuş diplomatik korpusun və Azərbaycan diasporunun nümayəndələri, çoxlu sayda avstriyalı cazsevərlər iştirak ediblər.

Qeyd edək ki, konsert “Montrö caz festivalı səfərdə“ proqramının tərkib hissəsi kimi baş tutub. Proqramın məqsədi festivalın qalibi olmuş gənc musiqiçilərin birgə turnelərə çıxmasına, beynəlxalq musiqi səhnəsində tanınmasına və yaradıcı əlaqələr qurmasına şərait yaratmaqdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar