Tanınmış iş adamı və müğənni Emin Ağalarov iyulun 9-da Bakıda, Yaşıl Teatrda möhtəşəm konsert proqramı ilə çıxış edib. Hər zaman rəngarəng çıxışları ilə tamaşaçıları valeh edən E.Ağalarov bu dəfə də səhnədə uzun müddət alqışlanıb.
   Nəfis səhnə tərtibatı ilə diqqəti çəkən konsertdə müğənni ötən konsertindəki kimi, bu dəfə də ayrı-ayrı bəstəkarların mahnılarını və öz bəstələrini ifa edib.
   Anşlaqla keçən konsertdə müğənninin yeni albomundan ifa etdiyi mahnılar da tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.