Xalq artisti, tarzən Möhlət Müslümov yeni qastrol səfərinə hazırlaşır. Bu barədə məlumat verən tarzən bildirib ki, iyulun 20-si və 21-də Təbrizdə növbəti konsert proqramında iştirak edəcək. Səfər İranın məşhur şair-publisisti Xosrov Sərtibinin dəvətilə baş tutacaq: “İyulun 18-də Təbrizə yola düşəcəyik. Ora mənimlə yanaşı bir neçə sənət adamı - kamança ifaçısı, Xalq artisti Fəxrəddin Dadaşov, xanəndələr İlkin Əhmədov, Səbuhi İbayev və Babək Niftəliyev də gedəcəklər".
   M. Müslümovun sözlərinə görə, iki günlük konsert proqramında xanəndələr xalq mahnıları və ritmik muğamlar səsləndirəcəklər. Tarzən özü isə solo ifa ilə çıxış edəcək.