Sənətçi yeni albomunun təqdimatının həyəcanını yaşayır
   
   "Bu çox həyəcanlı məqamdır. Pərəstişkarlarımın sevgisinə və dəstəyinə ehtiyacım var..." Bu sözləri yeni albomunun həyəcanını yaşayan Sami Yusuf deyib.
   Sami Yusufun Azərbaycandakı internet səhifəsinin rəhbəri Fuad Babayevin verdiyi məlumata görə, ilahi mahnılar ifaçısı Ramazan bayramı ərəfəsində yeni albom çıxarmağa hazırlaşır: "Sami Yusufun yeni albomu "Where are you" ( Sən haradasan?) adlanır. Albom Ramazan bayramı ərəfəsində işıq üzü görəcək".
   F.Babayev onu da bildirib ki, bununla əlaqədar gələn həftə informasiya bülleteni olacaq: "Bu bizim hamımızın səbirsizliklə gözlədiyimiz bir məqamdır. İnşallah, bu yolda qoydugumuz zəhmət hədər getməz".