Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev Kanadanın Niaqara şəhərində keçiriləcək beynəlxalq musiqi festivalında iştirak edəcək. 
   Bu barədə məlumat verən musiqiçi bildirib ki, festival avqustun üçüncü ongünlüyündə baş tutacaq. Festivalda tarzəni müşayiət edəcək orkestrin dirijorluğunu İsmayıl Hacıyev həyata keçirəcək. Ramiz Quliyevin həmçinin xalq artistləri Azər Rzayevin 80, Sevda İbrahimovanın 70 illiyi ilə bağlı keçirilməsi nəzərdə tutulan yubiley tədbirlərində tar və orkestr üçün yeni bəstələri ilə çıxış edəcəyi gözlənilir.