Populyar estrada müğənniləri Röya Ayxan və Zamiq Hüseynov “Nar Mobile”nın sponsorluğu, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilən “Doğma diyar” kampaniyasının ilk konsertindən məmnun qayıdıblar. Layihənin media koordinatorunun verdiyi məlumata görə, iyulun 12-də Qubadan start götürən bu kampaniya dünən Qəbələdə davam edib. Kampaniya Azərbaycanın daha 13 bölgəsini əhatə edərək geniş konsert turnesi proqramı ilə davam edəcək.
   Röya və Zamiqin Quba Olimpiya kompleksində gerçəkləşən ilk konsertini 5 minədək tamaşaçı izləyib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov, Mədəniyyət və Turizm Nazirliyi Dövlət əhəmiyyətli tədbirlər və gənclərlə iş sektorunun müdiri Mənzər Nurəliyeva da iştirak ediblər.
   Proqram boyunca sənətçiləri “Nero” şou-balet qrupu müşayiət edib. Qrup geniş və rəngarəng rəqs və səhnə şouları ilə yanaşı maraqlı repertuar təqdim ediblər. Müğənnilər “Doğma diyar” kampaniyasının təşkilinə görə “Nar mobile” şirkətinə, Mədəniyyət və Turizm Nazirliyinə, “Ulduz prodakşn” şirkətinə təşəkkürlərini bildiriblər. Konserti yüksək səviyyədə işıqlandırmaq üçün “Lider” telekanalı eksklüziv informasiya dəstəyi verir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar