Azərbaycan Bəstəkarlar İttifaqına yeni üzvlər qəbul olunub. İttifaqın mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlu bildirib ki, üzvlüyə qəbul olunanlar Əməkdar artist Elza Seyidcahan, bəstəkar Nərminə Nağıyeva və musiqişünas Sevinc Rzayevadır. 
   Mətbuat xidmətinin rəhbəri son üç il ərzində Bəstəkarlar İttifaqının üzvlüyünə 10 bəstəkarın qəbul olunduğunu deyib: “Üzvlüyə qəbul olmaq üçün ittifaqa müraciətlər çoxdur. Bəstəkarlar İttifaqına üzv olmaq istəyənlər mütləq konservatoriyanın bəstəkarlıq və ya musiqişünaslıq fakültəsinin məzunu olmalıdır. Onlar bəstəkar kimi ən azı beş il fəaliyyət göstərməli və peşəkar bəstəkar kimi özlərini sübut etməlidirlər”.