İyulun 24-25-də Türkiyə Cümhuriyyətində VIII Arquvan Türkü Festivalı təşkil ediləcək. Bu barədə jurnalistlərə Arquvan Bələdiyyə Başçısı Hüseyn Daşdan keçirdiyi mətbuat konfransında deyib. “Arquvan türkülərinin və mədəniyyətinin yaşadılmasında, Arquvanlı və türkü dostlarının bir araya gəlməsində əhəmiyyətli bir yeri olan festivalımıza Azərbaycan, Hindistan, Yunanıstan və digər ölkələrdən gələn mədəniyyət nümayəndələri qatılacaq”, - deyə o bildirib.