Yurmalada “Yeni dalğa-2010” musiqi festivalının təntənəli açılış mərasimi keçirilib. Mərasimə Azərbaycanı bu yarışmada təmsil edən “Milk&Kisses” qrupu da qatılıb. 
    Qrup üzvləri Dilarə Kazımova və Fəridə Nelson Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarovla görüşüblər. Səfirlə görüşdən məmnunluqlarını bildirən ifaçılar beynəlxalq festivalda Azərbaycanı layiqincə təmsil edəcəklərini vurğulayıblar.
   Açılışda təmsilçilər bu il də ənənəvi olaraq plitə üzərində fiqurlar çəkib və öz ürək sözlərini yazıb. Bununla da müsabiqə iştirakçıları “Yeni dalğa”nın tarixinə öz adlarını həkk ediblər.
   Azərbaycan təmsilçiləri plitə üzərində buta və butanın içində Azərbaycanın odlar yurdu olduğunu göstərən üç od təsviri çəkiblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar