İyulun 30-da “Af Hotel Aqua Park”da estradamızın ən parlaq ulduzlarının iştirakı ilə xeyriyyə konserti olacaq. “Sehrli gecə” adlı konsertdə Nura Suri, Samir Bağırov, Elnur Məmmədov, Samir Cavadzadə, Sevda Yəhyayeva, Azad Şabanov və digər ifaçılar iştirak edəcəklər. Bu barədə konsertin təşkilatçılarından məlumat verilib.
   Bundan başqa, gecədə moda nümayişi də baş tutacaq. Məlumat üçün bildirək ki, bilet satışından əldə edilən vəsait ağır xəstə olan 2 yaşlı uşağın müalicəsinə sərf olunacaq.