Dünyanı “Chica Bomb” hiti ilə fəth edən məşhur ifaçı Dan Balan avqustun 13-də Bakıda MTV telekanalının tədbirində iştirak edəcək. Dan Balan səhnəyə salvadorlu vokalçı Mayra Munezlə (“Miss Salvador”) birgə çıxacaq. “Eurovision-2009” mahnı müsabiqəsinin üçüncüsü Aysel Teymurzadə həmin gün dünya ulduzları ilə bir səhnədə çıxış edəcək. Gecədə Hollivud aktyorlarının da iştirakı gözlənilir. Şou “Sea Breeze” əyləncə mərkəzində gerçəkləşəcək.