Avqustun 21-dən 30-dək İtaliyada gənclərin beynəlxalq folklor festivalı keçiriləcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildiriblər ki, festivalın icraçı direktoru Karlo Devoti “COİFF” təşkilatının ölkəmizdəki nümayəndəliyinə müraciət edərək Azərbaycandan olan folklor qrupunu musiqi bayramında iştirak etmək üçün İtaliyaya dəvət edib. Dəvət Azərbaycanın musiqi sənətinə böyük hörmət əlaməti kimi razılıqla qəbul edilib. İdarənin dəstəyi ilə “Aysel-Buta” folklor qrupu festivalda iştirak etmək üçün avqustun 17-də İtaliyaya yola düşüb.
   Folklor qrupu beynəlxalq tədbirdə ölkəmizi milli rəqslərimizlə təmsil edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar